10 Sentyabr 2023 10:06
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki seçkiləri pisləyib.

Bu barədə Teleqraf.com nazirliyin saytına istinadən xəbər verir.

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - nazirliyin mətbuat katibi Azərbaycan ərazisində keçirilən qondarma "seçkilər"lə bağlı sualı cavablandırarkən deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər