Ermənistan Baş naziri Nikol Paşinyanın sözçüsü Nazeni Bağdasaryan rəsmi İrəvanın separatçıların yeni başçısı Samvel Şahramanyanı “seçilməsi” münasibəti ilə “təbrik” etməməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Ermənistan rəsmisi bunun müzakirə mövzusu olmadığını deyib.
“Hraparak” Paşinyanın niyə Şahramanyanı “təbrik” etmədiyini soruşduqda Bağdasaryan belə cavab verib:
“Şərh ediləcək bir şey yoxdur, belə şeylərə heç vaxt münasibət bildirilmir”.