AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində keçirilən Türkiyə - Ermənistan matçından öncə stadiona gələn azarkeşin üzərinə baxış keçirən zamanı Azərbaycan bayrağını görüb onu öpən polis mükafatlandırılıb.
Teleqraf.com “TRT Haber”ə istinadən xəbər verir ki, türkiyəli polis məmuru Ramazan Şahin göstərdiyi həssaslıq və hörmətə görə Düzce valisi Səlcuq Aslan tərəfindən müvəffəqiyyət sertifikatına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan dövlət rəmzinə böyük ehtimanını göstərən polis əməkdaşlarının bu davranışı alqışla qarşılanmışdı.