“Rusiya da, ABŞ da, İran da, Türkiyə də Azərbaycanın bölgədə tarazlaşdırıcı rolu və qüvvəsinə ehtiyac duyur”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.
“Cənab Prezident İlham Əliyev siyasi coğrafiyanı və geosiyasəti yaxşı öyrədir. Həmişə olduğu kimi böhran dəyişiklik doğurur. Yeni proseslərə təkan verir, yeni qüvvələr nisbəti yaradır. Geosiyasi böhranda daha hazırlıqlı və əvvəlcədən bacardığı qədər riskləri nəzərə alan tərəf qazanclı çıxır. Geosiyasi böhranda ən vacib məsələ tarazlıq yaratmaqdır. Azərbaycanın ən yaxşı bacardığı işlərdən biri budur. Ona görə Ağdam-Xankəndi yolunun tilsimi sındı. Rusiya da, ABŞ da, İran da, Türkiyə də Azərbaycanın tarazlaşdırıcı rolu və qüvvəsinə ehtiyac duyur. Məhz elə bu səbəbdən rəsmi Bakı BMT müstəvisində davanı uddu. Azərbaycanın geosiyasi koordinatlarını yaxşı istifadə etmək üçün yaxşı usta olmalısan”, - ekspert bildirib.