12 Sentyabr 2023 12:33
4 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın yük maşınının Ağdamdan keçərək Xankəndiyə yetişməsi tilsimin qırılması baxımından başlanğıc sayıla bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Rusiyanın yük maşınının Ağdamdan keçərək Xankəndiyə yetişməsi tilsimin qırılması baxımından başlanğıc sayıla bilər, ancaq bu azdır. Bu yoldan sadəcə, Rusiyaya aid yük maşını keçib, bizim yüklər qalıb. İndi Ermənistan və Qarabağ separatçıları yenə dirənəcəklər ki, bəs Ağdam-Xankəndi yolu açıldı, Laçın yolu da açılmalıdır.

Birincisi, Ağdam-Xankəndi yolunun işlək vəziyyətə düşdüyünü söyləmək tezdir. İkincisi, Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməyə razılaşacaqmı? Gömrük vergisi ödəmək üçün isə qonşu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıması və müvafiq ticarət sazişlərinin imzalanması vacibdir. Bunların heç biri yoxdursa, Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər