“Regionda (Cənubi Qafqazda) müharibə olmayacaq və İranın geosiyasi məsələlərdə mövqeyi bəllidir”.
Teleqraf.com xəbər verir ki, bunu İran müdafiə naziri briqada generalı Məhəmməd-Rza Aştiani Azərbaycan və Ermənistan arasındakı gərginliyi şərh edərkən deyib.
“Biz regionda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcəyik və bunu hamı bilir”, - nazir bildirib.
General Cənubi Qafqazdakı hadisələrin inkişafı ilə bağlı əlavə edib:
“Hadisələrin indiki gedişatı göstərir ki, xüsusi bir şey olmayacaq”.