14 Sentyabr 2023 11:23
6 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Abdullahiyan Ermənistanda ABŞ-la birgə keçirilən hərbi təlimlərə toxunaraq deyib ki, Tehran regionda hər hansı xarici qüvvələrin olmasını bölgədə vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirir.

İran xarici işlər naziri vurğulayıb ki, hərtərəfli sülhə nail olmağın ən səmərəli yolu regional dialoq və mexanizmlər, o cümlədən 3+3 formatıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər