“İran Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsinə və Zəngəzur dəhlizi layihəsinin reallaşmasına qarşıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Star” qəzetinin yazarı, analitik Nəcdət Özçəlik deyib.
Analitik Zəngəzur dəhlizi projesinin molla rejiminin yuxusunu qaçırdığını bildirib:
“İran Azərbaycanın regional təsirinin artmasından çox narahatdır. Azərbaycanın Qarabağ bölgəsinə tam nəzarəti bərpa etməsinə və Zəngəzur dəhlizi layihəsinin reallaşmasına qarşıdır. İran prezidenti ötən həftə bəyanat verdi ki, geosiyasi sərhədlərin dəyişdirilməsi İranın “qırmızı xətt”idir. Azərbaycanın öz ərazilərini azad etməsi də İranı narahat edir.
İran Zəngəzur dəhlizi və Transxəzər xətti üzərindən Türkiyə və Azərbaycanın türk dünyasının digər hissəsi – Orta Asiya ilə kəsintisiz əlaqələrini özünə qarşı təhlükəsizlik, iqtisadi və ideoloji təhdid kimi görür.
İranın bu münasibətinin səbəblərini belə sıralaya bilərik:
Azərbaycan-İsrail tərəfdaşlığının İranı şimaldan mühasirəyə alacağı qorxusu;
Türkiyə-Azərbaycan-Orta Asiya əlaqəsinin Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin bir hissəsi olduğuna inanır və bunun İranın Cənubi Qafqazda ticarət və enerji sahələrindəki rolunu azaldacağından narahatdır.
Cənubi Qafqaz geosiyasətinin türkləşdirilməsi və Təbriz (Cənubi Azərbaycan) ətrafında etnik üsyanın ola biləcəyindən narahatlıq”.
Özçəlik qeyd edib ki, Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Orta Asiyanın türk dövlətləri üçün əvəzsiz əhəmiyyətə malikdir:
“İran Qafqaz geosiyasətinin türkləşməsi qorxusundan bu dəhlizin qarşısını almağı hədəfləyir. Bu kontekstdə İranın həm Ermənistan Silahlı Qüvvələrinə, həm də Qarabağdakı erməni qüvvələrinə silah-sursat dəstəyi verdiyi və bunu Ermənistanla arasındakı Nurduz sərhəd qapısı vasitəsilə təmin etdiyi məlumdur.
İranın Naxçıvanla sərhədinə - Araz çayı boyunca çoxlu sayda qüvvə yeritməklə savaşa hazırlaşdığı da müşahidə olunur. Bu addımlar İranın Azərbaycan və Türkiyəni qorxutmaq cəhdi kimi qiymətləndirilir”.
Ekspert qeyd edib ki, bölgədəki son gəlişmələrdə diqqətçəkən bir məqam da ABŞ və İranın Cənubi Qafqazda ortaqklaşan qaraqlarıdır:
“Nə ABŞ İranın Ermənistandakı regional ekspansionizmini, nə də İran ABŞ-ın Ermənistandakı hərbi fəaliyyətini tənqid edib. Digər tərəfdən, həm İranın pozucu addımları, həm də ABŞ-ın Ermənistanla hərbi ittifaq qurmaq marağı Rusiya və Türkiyəni Qafqazda daha çox əməkdaşlığa sövq edir.
Bütün bunlarla yanaşı, İranın G-20 Sammitində elan edilmiş Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinə isti baxışı və bu marşrutu Zəngəzur dəhlizinin funksionallığını pozmaq üçün alternativ kimi görməsi diqqətdən yayınmır.
Məlum olduğu kimi, son bir neçə ildə Çinin artan təsirinə qarşı Hindistanı cilalamaq üçün səylər göstərilir. İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik təşəbbüsü ilə yaradılan yumşaq güc təsirini Bəsrə körfəzinə daşımağı bacaran Çinə qarşı Hindistanı aktivləşdirməyə cəhdlər göstərilir. İran hələlik ən azı səssizcə dəstək verir. Bu, həm də onun Qafqazdakı geosiyasi transformasiya ilə bağlı ABŞ-la ortaq mövqe tutmasının göstəricisi kimi şərh olunur. Mümkün Rusiya-Çin-Türkiyə oxunda inkişaf edəcəyi gözlənilən ortaqlıq qarşısında Hindistan mərkəzli bir qurumun lehinə mövqe tutmaqla İranın nə qazanacağını gözləmək lazımdır”.