17 Sentyabr 2023 16:55
2 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ üç il əvvəl olduğu kimi Ermənistanla Azərbaycan arasındakı problemlərin onun iştirakı olmadan həll ediləcəyindən narazıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Cənubi Qafqazdakı son gəlişmələr ətrafında baş verənlərə diqqət çəkib:

“Separatçıların ağır texnikaları Rusiya sülhməramlı kontingentinə təhvil verməsi xəbərləri fonunda amerikalılar Bakıya təzyiqləri artırıblar. Görünür, üç il əvvəl olduğu kimi hər şeyin onlar olmadan həll ediləcəyindən narazıdırlar. Qarabağ ermənilərinin taleyi ilə bağlı bu “əndişə” bölgədə “təsir dairələrinin yenidən bölüşdürülməsi”nin onların iştirakı olmadan baş verməsindən narahatlıqdan başqa bir şey deyil. Onların bu “narahatlığı” Paşinyanın qayğıları ilə üst-üstə düşür.

Belə bir təəssürat yaranır ki, İrəvan amerikalıları onların iştirakı olmadan baş verən “yeni bölüşdürmə”nin qarşısını almaq üçün regiona dəvət edir. Bu da öz növbəsində həm Moskvanı, həm də belə bir dönüşü gözləməyən Tehranı narahat edir.

Baş verənlərdən belə çıxır ki, “müqəddəs yer” boşalanda paylar artır.

“Ermənistan uğrunda mübarizə”də hamı var - ABŞ, İran, Rusiya, hətta müəyyən qədər biz. Yeganə çatışmayan Ermənistanın özüdür ki, onun öz subyektivliyi yox idi, heç vaxt da olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər