Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərinə cəlb olunan Silahlı Qüvvələrimizin hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.
O bildirib ki, Azərbaycan Ordusunun bütün növ təminatı da yüksək səviyyədədir.