20 Sentyabr 2023 13:38
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ həmişə Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da yaşayan erməni siyasi ekspert Vigen Hovsepyan deyib.

Ekspert ABŞ dövlət katibinin köməkçisi Yuri Kimin Senatdakı dinləmələr zamanı Azərbaycan əleyhinə ünvanladığı əsassız ittiham və iddialarını şərh edib:

“Həmişə anlamalıyıq ki, ABŞ-ın, eləcə də hər hansı bir dövlətin ictimaiyyətə təqdim etdiyi mövqelərdən başqa, haqqında danışılmayan bir siyasəti də var. Bəllidir ki, son bir-iki ildə, lakin xüsusilə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ABŞ Cənubi Qafqaza daha həssas və daha böyük maraqla yanaşır. Bu yeni marağın məqsədi Rusiyanın nüfuzunu və təsirini zəiflətməkdir. Ona görə də Yuri Kim və Dövlət Departamentinin bütün mövqeləri bu məzmunda başa düşülməlidir. ABŞ-ın öz maraqları var və bunlar biz ermənilərin maraqları ilə üst-üstə düşmür. Məsələn, deyə bilərəm ki, Amerikakı erməni icması onilliklər ərzində ABŞ-ın marağını və dəstəyini Ermənistana cəlb etməyə çalışsaq da, o qədər də uğur qazana bilmədik”.

Hovsepyan ABŞ-ın Qarabağ separatçılarının qondarma seçkilərini tanımadığını da vurğulayıb:

“Son 25 ildə ABŞ-ın mövqeyi belədir. Bunu (qondarma qurumu) tanıyan ayrı-ayrı ştatlar var, amma ABŞ-ın rəsmi siyasəti onu (Qarabağı) həmişə Azərbaycanın bir hissəsi kimi qəbul edib. Yeri gəlmişkən, bu, təkcə ABŞ-ın yox, həm də bütün beynəlxalq ictimaiyyətin, o cümlədən strateji müttəfiqimiz Rusiyanın yanaşmasıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər