Rusiya Prezidenti Vladimir Putin Çin xarici işlər naziri Vanq Yi ilə görüşündə Qarabağdakı vəziyyətlə bağlı danışıb.
Teleqraf.com xəbər verir ki, Putin Qarabağdakı Rusiya sülhməramlılarının bütün tərəflərlə fəal işlədiyini bildirib.
“Sülhməramlılarımız münaqişədə iştirak edən bütün tərəflərlə çox fəal işləyirlər. Onlar mülki insanları qorumaq üçün hər şeyi edirlər.
Münaqişənin bütün tərəfləri ilə - İrəvan, “stepanakert” və Bakının hakimiyyət orqanları ilə çox sıx əlaqə saxlayırıq. Ümid edirəm ki, gərginliyin azaldılmasına nail ola və bu problemin həllini dinc kanala köçürə bilərik”, - Putin vurğulayıb.