Yevlaxda erməni icmasının nümayəndələri ilə görüş başlayıb.
Teleqraf.com xəbər verir ki, hazırda davam edən görüşdə erməni icmasını Davit Melkumyan təmsil edir.
Erməni nümayəndə heyətinin digər üzvü Sergey Martirosyandır.
Azərbaycan nümayəndə heyətinə deputat Ramin Məmmədov başçılıq edir.
Müzakirələrə Artur Arutyunyanın qatıldığı deyilsə də, bu xəbər öz təsdiqini tapmayıb. Artur separatçıların keçmiş başçısı Araik Arutyunyanın əmisi oğludur.