“Hindistanın Ermənistanda hərbi hava bazası açması haqda düşünməyin vaxtıdır”.
Teleqraf.com xəbər verir ki, bunu “Hindistan-Ermənistan Dostluğu” adlı QHT-nin prezidenti Ranancay Anand deyib.
QHT rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına baş tutacaq səfərinə diqqət çəkib. Onun iddiasına görə, Türkiyə lideri Naxçıvana Zəngəzur dəhlizinin açılmasına təkan vermək üçün gəlir.
“Bu, Hindistan üçün də yaxşı xəbər deyil, çünki o, Kəşmirin qapılarına qədər türk yolunu aktivləşdirməyi hədəfləyir. Ermənistanda Hindistan hərbi hava bazası haqqında düşünməyin vaxtıdır”, - Anand bildirib.
Hindistanlı Pakistan, Azərbaycan və Türkiyə arasında hərbi-siyasi əməkdaşlığa da diqqət çəkib və bunu ölkəsi üçün “təhlükəli” adlandırıb.
Hindistanın Azərbaycana qarşı düşmən münasibəti bu günün məsələsi deyil. Hindlilər ölkəmiz müstəqil olandan bizə də məlum olmayan səbəblərdən bu mövqedədirlər. Türkiyə prezidentinin Naxçıvana səfərini minlərlə kilometr uzaqda yerləşən Hindistan üçün “təhlükəli” adlandırmaq isə tam başqa bir hind fantaziyasıdır.