25 Sentyabr 2023 17:12
3 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Qazaxıstan KTMT-dən çıxmaq üçün danışıqlar aparmır.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiarov deyib.

“Məlumatlar yayılır ki, guya Qazaxıstan və Ermənistan danışıqlar aparır. Bu dezinformasiyadır. Bir neçə gün əvvəl KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib. Həmin vaxt təşkilatın gələcək inkişaf yolları, həmçinin bu qurum daxilində qarşılıqlı fəaliyyət müzakirə edilib. Ona görə də biz bu istiqamətdə işləyirik”, - Smedyarov bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan Qarabağla bağlı Qazaxıstandan hərbi yardım istəməyib.

Bundan əvvəl internetdə Qazaxıstan və Ermənistanın KTMT-dən çıxmaq üçün gizli danışıqlar apardığı barədə məlumat yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər