25 Sentyabr 2023 22:52
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycanla Ermənistan arasında sülh üçün bütün dəstəyini verməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərin suallarını cavablandırarkən deyib:

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gələn həftə görüş baş tutacağına dair məlumat verildi. Bu görüşün nəticələrinin iki ölkə arasındakı uçurumu aradan qaldıracağını düşünürük".

Sözçü bildirib ki, ABŞ iki ölkə arasında sülh sazişinin əldə olunması üçün bütün dəstəyini verməyə davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər