26 Sentyabr 2023 00:41
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında qeyd edilib.

Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər