26 Sentyabr 2023 12:27
8 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, departamentin sözçüsü Metyu Miller ABŞ-ın bu məsələdə Türkiyə hökuməti ilə əməkdaşlıq etdiyini açıqlayıb.

“Dövlət katibi Blinkenin ötən həftə Nyu-Yorkda keçirdiyi görüşdə türkiyəli həmkarı (Hakan Fidan) ilə müzakirə etdiyi məsələlərdən biri də bu idi. Əvvəlki kimi, ümid edirik ki, bütün müttəfiqlərimiz və tərəfdaşlarımız, o cümlədən Türkiyə də razılaşmanın əldə edilməsində konstruktiv rol oynaya biləcək. Amma konkret təkliflə bağlı heç bir şərhim yoxdur”, - ABŞ rəsmisi bildirib.

Miller Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfərində Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirməkdən çəkinib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər