Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Teleqraf.com xəbər verir ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.