26 Sentyabr 2023 21:20
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

"30 il ərzində yaşadıqları bütün ağrılara baxmayaraq, onların Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür".

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanbildirib.

Ərdoğan deyib ki, Qarabağda mülki insanlara qarşı həssaslıq nümayiş etdirilib.

"Azərbaycan ordusunun uğurları ilə fəxr edirik. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, yaralılara şəfalar diləyirəm", - Türkiyə lideri qeyd edib.

O, həmçinin regional layihələrdən də danışıb:

"Ümid edirik ki, Ermənistan xarici təxribatlara boyun əyməyəcək. Biz qonşumuz İranı da əhatə edəcək birgə layihələrlə regionumuzu çiçəklənən hövzəyə çevirmək istəyirik. Türkiyə ilə dost olan qazanır, düşmən olan uduzur. Dostlarımızın sayını artırmaq üçün bir yol axtarırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər