Azərbaycanla dünən imzaladığımız 3 yeni müqavilə ilə əlaqələrimizi daha da gücləndirdik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Naxçıvanın coğrafi mövqeyinə görə Türkiyə üçün xüsusi və strateji əhəmiyyət kəsb etdiyini bildirib.
“2020-ci ildə Bakıya səfərimiz zamanı söz verdiyimiz İğdır-Naxçıvan təbii qaz kəmərinin təməlini qoyduq. Enerji və mənzil sahəsində dünən imzaladığımız 3 yeni müqavilə ilə əlaqələrimizi gücləndirdik”, - deyə qeyd edib.