27 Sentyabr 2023 12:45
10 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan həm döyüşdə, həm də masada Azərbaycana məğlub oldu”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.

“Son 27 ilin təcrübəsi göstərir ki, Prezident İlham Əliyev həmişə “ikinci erməni dövlətinin Azərbaycan ərazində yaranması mümkün olmayacaq” bəyanatının və vədinin arxasında durmağı bacarır.

Rus jurnalistlərdən biri Moskvanın mövqeyini çox aydın ifadə etmişdi: “Əgər Moskva bəyanatında “Dağlıq Qarabağ bölgəsinin statusu”, “idarəetmə” və sairlə bağlı heç bir müddəa yoxdursa, deməli, köhnələr qüvvədə qala bilər”.

Moskvanın fəaliyyətinin konsepti budur. Amma bu, Azərbaycan üçün də imkanlar açır, köhnə qaydalar yeni reallığa cavab vermir. Moskva bəyanatı yalnız çərçivə müəyyən edib, bu sənəd həmçinin Azərbaycanın köhnə qaydaları dəyişmək hüququnu da tanıyır.

Şübhəsiz ki, siyasət imkanlar, fürsətlər, onlardan istifadə etmək sənətidir. Azərbaycan, Prezident İlham Əliyev bu mənada mümkün olanın maksimumuna nail oldu. Ordumuzun cəsurluğu, məharəti geosiyasi şərtləri Azərbaycan üçün daha məqbul etdi, diplomatiyamızın mövqeyi gücləndi. Ermənistan həm döyüşdə, həm də masada məğlub oldu”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər