27 Sentyabr 2023 13:16
2 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dövlət katibinin köməkçisi Yuri Kim və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauerin Azərbaycana səfər edəcəyi ilə bağlı dünən yayılan məlumatı təsdiqləməyib.

Teleqraf.com xəbər verir ki, Miller onlarda belə bir məlumatın olmadığını deyib.

“Bölgədə olduqları müddətdə səfərləri ilə bağlı əlavə məlumatım yoxdur”, - ABŞ rəsmisi bildirib.

USAID rəhbəri və Yuri Kim Ermənistanda səfərdədir. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan dünən ABŞ rəsmilərinin Azərbaycana gələcəklərini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər