28 Sentyabr 2023 23:44
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.

Teleqraf.com xəbər verir ki, mərhum millət vəkilinin nəşi Heydər məscidinə gətirilib.

Qənirə Paşayeva ilə vida mərasimi sabah saat 10-da Heydər Məscidində olacaq. O, İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.


Müəllif: Foto: Elnur Muxtar

Oxşar xəbərlər