Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhramanı, 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Riad Əhmədovla vida mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, 31 il sonra nəşinin qalıqları tapılan Riad Əhmədov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidimizin tabutuna bükülmüş Dövlət bayrağı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tərəfindən Riad Əhmədovun xanımına təqdim olunub.
Həmin anın videosunu təqdim edirik: