15 Yanvar 2015 12:10
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirilir.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, ABŞ-dakı qurumlar Azərbaycana qarşı bir sıra addımlar atır. Onun sözlərinə görə, bu Azərbaycanda narahatlıq yaradır: “QHT-lərin müraciətləri əsasında belə bir dinləmələr keçirməyə qərar verdik. Öz ölkəsində insan haqlarının pozan, Quantanamo kimi həbsxanalar saxlayan ABŞ nə üçün Azərbaycanı hədəf seçib? Azərbaycan starteji müttəfiq kimi bütün öhdəlikləri yerinə yetirib. Belə olan halda geosiyasi tənqidlərin olmasını qəbul edə bilmərik. Ermənistan Avrasiya İttifaqına qəbullla bağlı geosiyasi qərar verdi. Amma Qərbdə bununla bağlı heç bir reaksiya olmadı”.

A.Quliyev deyib ki, keçmiş ABŞ diplomatları Azərbaycana qarşı çağırışlar edirlər: “Halbuki onların arxasında hansı gücün dayandığı hər kəsə bəllidir. Azərbaycan bu gün bütün hallarda müstəqil siyasət yürütmək yolunu tutub və bu da davam edir”.

“ABŞ-da etnik, irqi və dini zəmində ayrıseçkilik: ksenefobiya və islamofobiya təzahürlərinin güclənməsi” mövzusunda çıxış edən millət vəkili Zahid Oruc deyib ki, Amerikadan maaş alanlardan fərqli olaraq, bu tədbirdə ictimaiyyət nümayəndələri içtirak edir: “Amerika-Azərbaycan münasibətləri bir çox məsələlərdə xəyal qırıqlığına uğradı. Ceferson konstitusiyanı yazarkən orada hər kəs bu qanun qarşısında bərabər tutulurdu. Lakin həmin vaxt onun 200 qulu var idi. Hazırki dövrdə isə Martin Lüter Kinqin ölümündən sonra bir çox qanunlar qəbul edildi, ancaq dini, irqi problemlər qaldı. Eləcə də qaradərili ailələrin uşaq götürülməsi ilə bağlı icazə 1996-cı ildə baş tutdu. Dərsliklərin böyük hissəsində qaradərililər aşağılkayan fikirlər qalmaqdadır. Bu seçim özü-özlüyündə onların ümumi durumuna təsir edir. Təəssüflər olsun ki, belə problemlər qalmaqdadır. Daxildə silah alışı davam etməkdədir”.

Z.Oruc deyib ki, ABŞ-da 7 milyon müsəlman var: “11 sentyarbr hadisələrdən sonra onlar qorxu içindədir. Qorxu bu gün hələ də davam edir”.

“Cəmiyyət üzərində total nəzarət sistemi: şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması” mövzsunda CASCFEN sədri Azər Həsrət çıxış edib.

Onun sözlərinə görə, ABŞ-la Azərbaycan starteji tərəfdaş olsa da, bir sıra təşkilatlar Azərbaycan qarşı qərəzli yanaşmalarının şahidi oluruq: “Ruzvelt tərəfində ikinci dünya müharibəsində senzura tətbiq etdi və bu senzuraya məktubların açılıb yoxlanılması idi. GPründüyü kimi bu bilavasitə insanları hüquqlarının qorunmasına məhəl qoymayıb. Bu da onu göstərir ki, ABŞ-da heç də hər zaman hər şey yaxşı olmayıb. Barak Obamanın administrasiyası bütün dövlət qurumlarının Vikiliks saytından istifadə yasaqlandı. ABŞ da olan jurnalistlərin problemləri ilə bağlı heç bir jurnalist təşkilatı bəyanat vermir. Halbuki, Azərbaycanda bir jurnalistin ifadəsi alınması üçün polisə çağrılanda Dövlət departamenti bəyanat verir. Bu gün jurnalistlərin telefonları, komputerləri tam nəzarət altındadır. ABŞ-ı tənqid edən jurnalistlər rahat şəkildə keçə bilmir. Ferqussonda əhali etirazlara başladı və keçirilən 8 günlük aksiya zamanı 52 dəfə jurnalistlərə təhdid olub”.

“Leqal korrupsiya və lobbiçilik-ABŞ siyasi sisteminin əsas elementlərindən biri kimi” mövzusunda Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov bildirib ki, ABŞ-dakı korrupsiya leqaldır. Onun sözlərinə görə, ABŞ-dakı universitetlərdən birinin professoru jurnalistlər qarçısında çıxışında korrupsiyanın leqal olduğunu bəyan edir: “Mark Tven qeyd edirdi ki, Konqres sonuncu əclaf sinifdir. 1996-cı ilə qədər Azərbaycanı müdafiə edən konqresmen sonradan mövqeyini ermənilər xeyrinə dəyiçşir. Sonradan məlum olur ki, o seçki kampaniyası zamanı ermənilərdən pul alıb. Hətta səfir getmək üçün yerlər pulla satılır. Ən bahalı səfir postu isə Fransa və Monakodur, rəqəm 6 milyon dollar”

“ABŞ-ın müstəqil siyasəti yürüdən ölkələrə təzyiq vasitələri: İnsan hüquqları ilə manipulyasiya, rəngli inqilablablar, hərbi müdaxilə və onların fəsadlar” mövzusunda çıxış Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib ki, ABŞ özündə Milli Demokratiya İnstitutuna birmənalı münasibət yoxdur. Onun sözlərinə görə, 2011-ci ildə qeydə alınan 10, 5 milyon qaçqın ABŞ-ın hərbi müdaxiləsi nəticəsində olub: “SAM ötən il azərbaycanda xarici ölkələrlə bağlı sorğu keçirilib.Respondentlərin böyük hissə ehtiyat etdiyi üçün neytral mövqe bildirib. Azərbaycanın ABŞ-ın müttəfiqlərinin müttəfiiqidr, Türkiyə misalı. Dövlət başçısının 2003-cü ildə heç bir ölkənin Azərbacana müdaxilə edə bilməyəcəyi ilə bağlı fikri bu gün də aktualdır”.

Professor Musa Qasımlı deyib ki, soyuq müharibədən sonra Amerikaya etibar yoxdur: “Bu da onunla bağlıdır ki, ABŞ ikili standartlarla yanaşır. Bu Azərbaycana qarşı Amerikanın mövqaeyində də özünü göstərir. Azərbaycan torpaqları işğalı zamanı bunu göstərir. Dünyada ikili standartlar ikili mənəviyyat və ya mənviyyatsızlıqüda adlandırlır”

Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, təbliğatın təsiri alıtına düşərək “Azadlıq” radiosunun müstəqil media olduğana inanıb. Onun sözlərinə görə, bu radio Azərbaycan əleyhinə sifarişlərini yerinə yetirib: “ABŞ-la sözlə yaxınlaşmaq mümkün deyil. ABŞ 907-ci düzəlişi tətbiq elədi, işğalçıya deyil, işğala məruz qalanlara bu düzəliş tətbiq edildi. Bu gün də Azərbaycan ordusunun silahlanmasından əndişələnir və insan haqları adı altında təzyiqlər həyata keçirir. Hesab edirəm ki, kiçik məsələlərə görə, Azərbaycan böyük güclərlə münasibətləri korlamamalıdır. Biz ölkəmizdəki bu əmin-amanlığı qoruyub saxlamalıyıq.

Asim Mollazadə bildirib ki, dünyada ədalət yoxdur. Onun sözlərinə görə, Fransa senatında döyülən azərbaycanlı xanımın müdafiəsi təşkil edilməlidir: “Qondarma genosidin qeyd edilməsi üçün milyardlarla dollar pul qoyulub. Amma biz də bunu etməliyik. Bu gün çalışılır ki, Qarabağ münaqişəsində ermənilərin diqtəsi qəbul edilsin. Bunu təkcə ABŞ deyil, bütün Avropada aparılır. Azərbyacanda özünü müdafiə üçün lazımi addımlar atmalıdır”

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər