2 Oktyabr 10:30
2 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropanın ermənipərəst dairələri Azərbaycanla Ermənistan arasındakı sülh gündəmini pozmağa çalışırlar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“Oktyabrın 3-də Avropa Parlamenti Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə edəcək. Azərbaycan əleyhinə bəyanatların qəbulu istisna deyil. Həmin gün Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Ketrin Kalonna Ermənistana dəstək səfəri edəcək. Fransanın baş diplomatının İrəvanda əleyhimizə təxribat xarakterli fikirlər səsləndirəcəyi şübhəsizdir.

Bütün bu hay-küy Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşəcəyi, böyük ehtimalla sülh müqaviləsinin müzakirə olunacağı Qranada sammiti ərəfəsində qaldırılır. Görünən budur ki, Avropanın ermənipərəst dairələri qəti şəkildə sülh gündəmini pozmağa çalışırlar. Çünki gələcəkdə əhatəli sülh müqaviləsinin imzalanacağı gündəmdədir. Onların belə bir müqaviləyə ehtiyaclarının olmadığı aydındır.

Münaqişə və ziddiyyətlər regional gündəmə müdaxilə və onun gedişatına təsir etmək imkanı yaradır. Erməni lobbisi üçün bu, həm də mövcudluğuna haqq qazandırmaq üçün bir fürsətdir”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu