“Türkiyə və Azərbaycanın planı dəyişməz olaraq qalır, Zəngəzur dəhlizi açılmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
Ekspert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələ ilə əlaqədar açıqlamasına diqqət çəkib. Türkiyə lideri bundan əvvəl bildirib ki, Ankara Zəngəzur dəhlizinin tez bir zamanda açılması üçün əlindən gələni edəcək. Eyni zamanda o qeyd edib ki, Ermənistan bu layihədə iştirak etməsə, yol İrandan keçə bilər.
Xaçikyanın sözlərinə görə, İrandan, Rusiyadan və ya Qərbdən Bakı və Ankaranı ritorikasını dəyişməyə yönəlik mesajlar olsa da, plandan imtina edilməyib.
“Bunun nə qədər davam edəcəyi məlum deyil. Amma məqsəd Türkiyəni Azərbaycanla birləşdirməkdir, plan olduğu kimi qalacaq”, - deyə erməni ekspert vurğulayıb.
“Ermənistan Sputnik” isə yazır ki, İrəvan Zəngəzurun “qırmızı xətt”i olduğunu iddia etsə də, onun Azərbaycan və Türkiyəyə qarşı çıxmaq üçün kifayət qədər diplomatik və hərbi potensialı yoxdur.