Rusiya 2-11 oktyabr tarixlərində Meğri rayonunda (Mehri) təlim atışları həyata keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə rayon meriyası məlumat verib.
“Oktyabrın 2-dən 11-dək Rusiya hərbi birləşmələri döyüş atışları həyata keçirəcək”, - məlumatda deyilir.
Meriya sakinlərdən atəş səsləri eşidəndə təşviş yaratmamağı xahiş edib.
Mehri Qərbi Azərbaycanın (indiki Ermənistan) Zəngəzur mahalı ərazisində rayondur. Şəhər 1929-cu ildə Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib. Mehri Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yeganə dəhliz idi.