Azərbaycan və Ermənistan liderləri arasında Qranadada keçiriləcək görüşün nəticələrinə əsasən sənədmi imzalanacaq və ya bəyanatmı qəbul ediləcək, deyə bilmərəm.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri, hakim partiyanın deputatı Sərkis Xandanyan bildirib.
“Ermənistan sülh müqaviləsi imzalamağa hazır olduğunu həmişə deyib və deyir”, - siyasətçi bildirib.
Xandanyan Ermənistanın “qırmızı xətt”inin Almatı bəyannaməsinə əsasən ölkəsinin 29.8 min kvadratkilometr ərazi bütövlüyünə hörmət olduğunu söyləyib. O əlavə edib ki, Ermənistan da kommunikasiya xətlərini (Zəngəzur dəhlizi) açmaq istəyir, ancaq Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində.
Xandanyan qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb.