Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdən sonra bildirdi ki, sentyabrın 11-də Zəngəzur dəhlizi ilə bağlı vədlər verən Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.
Nəşr Türkiyə liderinin açıqlamasının Ermənistan tərəfindən rəsmən inkar və ya təkzib edilmədiyini vurğulayır:
“Ermənistan baş nazirinə Zəngəzur dəhlizini nə vaxt və harada vəd etdiyini, hansı müddətə söz verdiyini, yerinə yetirməyəcəyi təqdirdə hansı risklərin olacağını və söz verməyibsə, nə üçün inkar etmədiyini anlamaq üçün sorğu göndərdik.
Ermənistan baş nazirinin ofisindən sorğumuza aşağıdakı cavabı aldıq:
“Nəzərinizə çatdırırıq ki, 2020-ci il noyabrın 9-da verilən üçtərəfli bəyanatda Ermənistan Respublikasının ərazisindən keçən hər hansı dəhlizin mövcudluğu barədə heç bir məlumat yoxdur. Ermənistan Respublikasının imzaladığı heç bir sənəddə belə bir şey nəzərdə tutulmayıb”.
Ərdoğan isə Paşinyanın dəhliz vəd etdiyini bildirib, bunu da sentyabrın 11-də telefon danışığından sitat gətirərək deyib. Nə Paşinyan, nə də bizə verilən bu cavab Ərdoğanın dedikləri inkar edir”.