“Ermənilərə görə, Rusiya da, Qərb də onlara “xəyanət” edib”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, belə fikirləri onlara Rusiya və Avropa rəsmilərinin aşıladığını bildirib:
“Zaxarova deyir ki, Avropa Birliyi ermənilərə xəyanət edərək regionda təxribatçıya çevrilib:
“Avropa Birliyinin əsas vəzifəsi regionda sabitlik yaratmaq deyil, Brüsselin maraqları naminə kəşfiyyat müşahidəsi aparmaq və situasiyaya təhrik etməkdir. Qərb və Avropa Birliyi heç vaxt Qarabağ sakinlərinin taleyi ilə maraqlanmayıb, bu, onların siyasi oyunlarının yalnız bir hissəsidir, onlarla ancaq Rusiya maraqlanıb”.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə hesab edir ki, Rusiya etnik ermənilərə xəyanət edib. O bildirib ki, Azərbaycanla münaqişədən belə bir dərs çıxarmaq lazımdır.
Fransanın xarici işlər naziri Kolonna da İrəvanda eyni şey haqda danışıb.
İndi ermənilərin bu fikirləri haradan aldığını anlayıram. Bütün bunlardan sonra ermənilərdə elə təəssürat yaranıb ki, hamı onlara “xəyanət” edib, hamı “satqın”dır”.