“Cənubi Qafqazda gündəmi Azərbaycan formalaşdırır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
“Ermənistan subyektdən faktora, sonra faktordan obyektə çevrilib. İndi regionda məsələlər Ermənistansız həll olunur. Müttəfiqlərimiz də Azərbaycanla əməkdaşlıq edirlər, edəcəklər, çünki regionun gündəmini Azərbaycan həll edir, Ermənistan isə həmin gündəmə müqavimət göstərə bilmir. Bu durumda Ermənistanla razılaşmağın mənası yoxdur”, - ekspert bildirib.
Melkonyan yeni reallıq kontekstində ABŞ, Avropa Birliyi, İran və Rusiyanın Azərbaycanın yaratdığı gündəmi qəbul etiyini və onunla hesablaşdığını da söyləyib.
“Azərbaycan diktə edir, Ermənistan yerinə yetirir”, - politoloq əlavə edib.