“Ermənistandan əvvəl Rusiya Qarabağı Azərbaycan ərazisi olaraq tanıyıb”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin açıqlamasını şərh edən erməni deputat Qaqik Melkonyan deyib.
“Rusiyanın özü bunu tanımırdı ki? 2020-ci ildən bəri Putin dəfələrlə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirib. Sovet İttifaqının dağılmasından sonra bütün respublikalar öz sərhədi olan müstəqil dövlət oldu və Qarabağ Azərbaycanın tərkibində olanda Rusiya Azərbaycanın müstəqilliyini tanıdı”, - deputat bildirib.
Rusiya lideri bundan əvvəl Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını və məsələnin həll olunduğunu söyləyib.