Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 18-də Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Mezzola məlumat verib.
“Ermənistan baş nazirini plenar iclasda çıxış etməyə dəvət etdim. Çıxışı oktyabrın 18-də Strasburqda olacaq”, - Mezzola deyib.
AP dünən ermənilərin qondarma yalanlarına dəstək verən qətnamə qəbul edib. Bədnam qətnamədə Avropa Birliyi Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırılır. Separatizmin dəstəkçiləri bu dəfə vaxtilə Azərbaycan ərazisini işğal etmiş, xalqımızı soyqırımına məruz qoymuş, hər cür bəşəri cinayətlərə əl atmış Ermənistana “özünümüdafiə” üçün tribuna verirlər.