Bu gün günorta saatlarında metronun “Elmlər Akademiyası” stansiyasında eskalator qırılıb.
“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə,eskalator hərəkət edərkən sərnişinlərin atdığı sərt əşya onun bir neçə darağını sındırıb:
“Eskalatorun darağı asan qırılan materialdan hazırlanmır. Sadəcə sərt əşya atıldığına görə, hərəkət zamanı dişlər sıxılıb qırıla bilir. Bir neçə daraq qırıldığına görə, həmin eskalatorun hərəkəti dayandırılıb. Ehtiyat eskalator işə salınıb.Bu hadisə inzibati pozuntu kimi qeydə alınır. Həmin anda bu hadisəni törədən şəxs tutulursa,inzibati tədbir görülür. Yaxud da, video müşahidə əsasında həmin şəxsin kimliyi müəyyən edilir. Polis tərəfindən metroya dəymiş ziyana görə, inzibatı protokol tərtib edilir.”