Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 12-də görüşə bilərlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Moskva oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında danışıqların aparılması imkanını nəzərdən keçirir”, - Qaluzin bildirib.