9 Oktyabr 2023 12:21
7 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi”ni aydın şəkildə təsbit etməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz sülh müqaviləsində “Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi” mövzusunun aydın şəkildə müəyyən edilməsi zərurətindən çıxış edirik və bununla bağlı tərəflərə müəyyən ideyalar təqdim etmişik. Ümid edirik ki, imzalanacaq sülh müqaviləsinin həyata keçirilməsinə dəstək mexanizmlərinə ehtiyacımız olduğu kimi, buna da tələbat olacaq. Belə bir mexanizm Ermənistan və Azərbaycanın suverenliyinə və müstəqilliyinə xələl gətirməyəcək”, - Rusiya rəsmisi bildirib.

Azərbaycan mümkün sülh müqaviləsində “Qarabağ məsələsi”nin yer almasına qarşı çıxır. Ermənistan da bunun gələcək sazişdə yer almayacağını açıqlayıb. Belə olan halda Rusiyanın bunda niyə təkid etməsi şübhəli ehtimallar yaradır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər