11 Oktyabr 2023 13:33
9 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistandan fərqli olaraq, Azərbaycanın öz xarici siyasət strategiyası var, istər Qərbə, istərsə də Rusiyaya yönəlik bütün addımları həmin strategiyaya əsaslanır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

Onun sözlərinə görə, Ermənistan bütün addımları ilə institusional olaraq Rusiyadan uzaqlaşdığını göstərir:

“Ermənistan bu addımları ilə buna əvvəlcədən hazır olduğunu göstərir, təkcə ikitərəfli münasibətləri qırmır, həm də Rusiyanın yaratdığı çoxtərəfli platformaları tərk edir.

Maraqlıdır ki, Azərbaycan belə kəskin demarş addımları atmır, çünki Azərbaycanın öz xarici siyasət strategiyası var və istər Qərbə, istərsə də Rusiyaya yönəlik bütün addımları həmin strategiyaya əsaslanır. Ermənistanın xarici siyasətinin bugünkü strategiyasından danışmaq mənasızdır - bunların hamısı situativ xarakterli addımlardır. Ermənistan hər yolla Qərblə yaxınlaşmağa çalışır, bununla da bizim maraqlarımıza zidd ola biləcək, amma Qərbin maraqlarından irəli gələn kəskin addımlar atmağa hazır olduğunu göstərir. Azərbaycana isə bu lazım deyil, Azərbaycan öz gündəliyinə xidmət edir.

Azərbaycan başa düşür ki, regionun bütün güc mərkəzləri ilə əməkdaşlıq etmək lazımdır, Ermənistan isə Rusiya və İranın təklif etdiyi gündəmi rədd edərək, Türkiyə ilə əməkdaşlıq etməyə çalışır”.

Melkonyan Ermənistan rəhbərliyinin Rusiyanı Fransa ilə əvəzləməyə çalışdığını söyləyib:

“İrəvan Roma Statutunu ratifikasiya etdi, dərhal da Ermənistanda KTMT ilə bağlı müzakirələr başladı, buna paralel bir tendensiya da var: Qərblə, daha dəqiq desək, Fransa ilə əməkdaşlıq. Üstəgəl, Ermənistan KTMT-ni rədd edərək Avropa Birliyinin mülki missiyasını qəbul etdi, Fransa ilə müqavilələr imzaladı və sair.

Görünən odur ki, Ermənistanın apardığı bu siyasət bizim üçün yaxşı heç nə nəzərdə tutmur: hökumətin dəqiq oriyentasiyası yoxdur, onun sabit müttəfiqləri və düşmənləri də yoxdur, bu müddət ərzində hansı yolu tutacağını, geosiyasi proseslərin hansı istiqamətə gedəcəyini bilmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər