15 Yanvar 2015 23:38
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın 5-ci kanal televiziyasının efirində yayımlanmış, 20 yanvar faciəsi və Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi mövzusunda obyektivlikdən kənar və qərəzli şəkildə yalnız Ermənistan tərəfinin mövqeyini dəstəkləyən «Ровно 25 лет назад произошло событие, переросшее в Карабахский конфликт» adlı verilişlə bağlı Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğu televiziya kanalının rəhbərliyinə öz etirazını rəsmi qaydada bildirib.

Teleqraf.com-un məlumatına görə, baş konsul Elşad Qulamov tərəfindən 5-ci televiziya kanalının rəhbəri Aleksey Brodskiyə ünvanlanmış məktubda verilişin müəllifi olan jurnalist Natalya Kirillovanın Azərbaycan xalqının müstəqilliyi uğrundakı mübarizəsində xüsusi yer tutan 20 yanvar tarixinin əhəmiyyətini, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı tarixi faktları qərəzli şəkildə təhrif etdiyi vəermənipərəst mövqedən çıxış etdiyi qeyd olunub.

Bu növ verilişlərin Dağlıq-Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyan Rusiyanın və beynəlxalq ictimaiyyətin rəsmi mövqeyinə zidd olduğu, bu münaqişənin Ermənistanın həyata keçirdiyi separatçı siyasətinağır nəticəsi olduğu vurğulanıb. Veriliş Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya dövlət başçısının da dəstək göstərdiyi sülh danışıqlarına manelər törətməyə xidmət edən təxribat kimi dəyərləndirilib.

Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağın verilişdə məhz erməni milliyyətli zabitlərin vətəni kimi anılmasının təəcüb və təəssüf hissi ilə qarşılandığı bildirilib.Eyni zamanda, Azərbaycan mədəniyyətini bütün dünyada tanıdan dahi şəxsiyyətlərin, əslən Qarabağdan olanbəstəkar Üzeyir Həcıbəyli, dahi Bülbül, xan qızı və şairə Natavanın olduğu qeyd edilib.

Müxbir Natalya Kirillovanın veriliş əsnasında Sumqayıt hadisələrinə də toxunduğu, lakin münaqişə nəticəsində doğma yurdlarından qovulmuş milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçgünlərin taleyindən, Xocalı soyqırımı kimi bəşəri faciədən heç söz açmadığı kanal rəhbərliyinin nəzərinə çatdırılıb. Jurnalistin ümumiyyətlə qeyri peşəkar və beynəlxalq hüquqdan xəbərsiz olduğu vurğulanıb.

Cənab A.Brodskiyə Dağlıq-Qarabağ münaqişəsi nəticəsində qaçqın, məcburi köçgünlər və itkin düşmüş azərbaycanlılar, işğal olunmuş şəhərlərimiz vəmünaqişə ilə bağlı BMT-İn Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyri şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri barədə ətraflı məlumat verilib.


Müəllif:

Oxşar xəbərlər