14 Oktyabr 2023 14:27
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Qərb və Rusiya üçün önəmi olduqca böyükdür”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Azərbaycan Qərb üçün çox önəmlidir. Unutmayaq ki, Azərbaycan Avropanın qaz tələbatının üç faizini ödəyir. Bu, Avropa üçün çox vacibdir. Bundan sonra Azərbaycanın rolu qat-qat vacib olacaq, çünki Qərb və İsrail üçün bu, İran faktoru çərçivəsində də önəmlidir. İrana qarşı konkret addım atılıb-atılmayacağından asılı olmayaraq... Bu, Azərbaycanın rolunu daha da artıracaq, getdikcə də artır. Azərbaycanın Qərbdə təsirinin artması ilə yanaşı, Rusiya üçün də çox əhəmiyyət kəsb edir. Ağrılı da olsa, deməliyik ki, Ermənistanın demək olar, heç bir müttəfiqi yoxdur”, - politoloq vurğulayıb.

Sureyants qeyd edib ki, Ermənistanın birtərəfli – qərbpərəst siyasətindən fərqli olaraq, Azərbaycan Rusiya və Qərb arasında balans yarada bilir:

“Məsələn, Ermənistan Rusiya ilə münasibətlərini böhrandan uzaq tutmağa çalışmaq əvəzinə, onu böhrana çevirir. Qərblə münasibətləri substantiv müstəviyə keçirmək əvəzinə, onları primitiv anti-rusizmlə eyniləşdirir. Ermənistan hökumətinin qeyri-konseptual yanaşmaları həm də ona gətirib çıxarıb ki, İranın yanaşmalarının bizə yaxın olmasına baxmayaraq, Tehranda İrəvana etimad göstərmirlər.

İş qrafiki dolmayan Paşinyan niyə Bişkekə getmədi? Bişkekdə çoxsəviyyəli təmaslarla yanaşı, Azərbaycanla da danışıqlar mümkün idi. Demarş edirsənsə, o demarşdan nə əldə edəcəyini bilməlisən. Əliyevin (Prezident İlham Əliyev) Qranadaya getməməsi anlaşılandır, amma Paşinyanın niyə getməməsinin rasional izahı yoxdur”.

Erməni politoloq Paşinyandan fərqli olaraq, Əliyevin Qərb və Rusiya arasında kifayət qədər peşəkar hərəkət etdiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər