17 Oktyabr 2023 14:27
1 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz ölkələrin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə sadiq qalırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metzola Strasburqda Ermənistan Baş naziri Nikol Paşinyanla mətbuat konfransı zamanı deyib.

Avropalı spiker Ermənistana dəstəyini də ifadə edib:

“Avropa mövcud vəziyyətdən çıxış edərək, Ermənistana dəstəyini davam etdirəcək”.

Metzola sülh müqaviləsindən də danışıb:

“Biz sülh sazişinin bağlanması məqsədilə Ermənistan və Azərbaycan arasında bütün mövcud məsələlər üzrə danışıqların bərpasına çağırırıq. Danışıqları dəstəkləməyə tam sadiqik. Regionun bütün xalqları naminə davamlı sülhü təmin etmək üçün Avropa İttifaqının xüsusi nümayəndəsinin dəstəyi ilə Avropa Şurası sədrinin vasitəçiliyi ilə bütün tərəflər arasında dialoqu dəstəkləməyə tam sadiqik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər