17 Oktyabr 2023 15:26
6 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin sonuna qədər Azərbaycanla sülh və münasibətlərin nizamlanması sazişi imzalamağa hazırıq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

Nəqliyyat kommunikasiyalarının açılmasına gəlincə, baş nazir qarşılıqlılıq prinsipinə riayət etməklə buna hazır olduqlarını söyləyib. Söhbət qarşılıqlı formada qoşunların sərhədlərdən çəkilməsindən gedir. O, anklavlar məsələsini də qarşılıqlılıq prinsipi əsasında həll etməyə hazır olduğunu bildirib.

“Nəhayət, biz ilin sonuna qədər Azərbaycanla sülh və münasibətlərin tənzimlənməsi sazişi imzalamağa hazırıq”, - Paşinyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər