19 Oktyabr 2023 14:52
15 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər 10 000 erməni Qarabağa dönəcəksə, 10 000 də azərbaycanlı Zəngəzura evinə dönməli və Ermənistan rəhbərliyi onları evlərlə təmin etməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

“35 ildir Ermənistanda bir azərbaycanlı belə yaşamır. Amma ermənilər bir ay öncəyə qədər ölkəmizdə meydan sulayırdılar. İndi də həm Qarabağda, həm də Bakıda minlərlə erməni yaşayır. Qərb isə ikiüzlü siyasət yürüdür və bu faktı görmək istəmir.

Əgər 10 000 erməni Qarabağa dönəcəksə, 10 000 də azərbaycanlı Zəngəzura evinə dönməli və Ermənistan rəhbərliyi onları evlərlə təmin etməlidir. Heç bir təzyiq altında geri çəkilmək yoxdur. Əks halda bir erməninin belə Azərbaycana dönməsinə razı deyilik.

Qərb “insan hüquqları” demir? Desin, biz razıyıq. Amma insan haqları yalnız xristianlar və ermənilər üçün deyil, azərbaycanlılar da insandır və hüquqları var. Bunu ona görə deyirəm ki, Avropa Birliyinə daxil olan bir sıra ölkələrin Azərbaycana qarşı hərəkətləri Səlib yürüşünü xatırladır, xristian-müsəlman söhbətləri aparırlar. Azəbaycan isə hər zaman dünyəvi olub və olacaq. Amma dünyəvilik istəyənlərə”, - millət vəkili bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər