20 Oktyabr 2023 12:37
3 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda etiraz aksiyasında separatçıların önünə çıxan Samvel Şhramanyan təxribatçı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, bir müddət əvvəl buraxıldığını elan etdiyi qondarma qurumun ləğv edilmədiyini iddia edib.

“Artsax respublikası” ləğv olunmayıb. O “sənəd”lə (buraxılma haqda özünün imzaladığı “fərman”ı nəzərdə tutur – red.) bağlı çoxlu suallar var, mən bunları burada deyə bilmərəm, amma sizi əmin edirəm ki, “xalqın yaratdığı respublika”nı heç bir "sənəd" ləğv edə bilməz. Bunun cavabını “İctimai” Televiziyada açıq verəcəm. Onun hazırlanması ilə bağlı göstərişimi artıq vermişəm. Yaxın gələcəkdə bütün suallara cavab verəcəm”, - separatçı bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər