Separatçı general, “Xocalı cəlladı” Vitali Balasanyan Qarabağdan İrəvana gəldikdən sonra ötən günlərdə şahid qismində dindirilmək üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub.
Teleqraf.com xəbər verir ki, sözügedən qurumda Balasanyana onun barəsində separatçıların açdığı cinayət işinə xitam verildiyi bildirilib.
Qohumları deyirlər ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir. Onun nə işlə məşğul olduğunu və niyə “yeraltı”na çəkildiyini bilmirlər.
“Hraparak” qəzetinin əməkdaşı bu gün Balasanyanı Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüb. Səfirlikdən çıxdıqdan sonra boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək oradan uzaqlaşıb.