Anti-Azərbaycan mövqeyi ilə seçilən Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədri Mixael Rot İrəvandadır.
Teleqraf.com xəbər verir ki, ermənipərəst siyasətçi səfəri ilə bağlı X sosial şəbəkəsində diqqətçəkən paylaşım edib.
Ermənistanın adı gələndə Azərbaycana düşmən xislətini gizlətməyən Rot bu dəfə pafosun dozasını bir qədər də artırıb. O, sosial şəbəkədə erməniləri ölkələri uğrunda bayraq qaldırmağa çağırıb: “Gənc demokratiya (Ermənistanı nəzərdə tutur - red.), sülh və ərazi bütövlüyü uğrunda bayrağı qaldırın”.
Rot İrəvanda olduğunu, Baş naziri Nikol Paşinyan, spiker Alen Simonyan və erməni həmkarı Sərkis Xandanyanla görüşəcəyini bildirib.