25 Oktyabr 2023 15:32
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düşünürəm ki, Brüssel görüşünün keçirilməməsinin səbəbi texnikidir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Spiker qeyd edib ki, görüşün konkret günü təyin olunmamışdı, yalnız oktyabrın sonunda keçiriləcəyi bildirilmişdi.

Simonyan Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin dalana dirənməsi iddiası ilə razılaşmayıb.

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bundan əvvəl Avropa Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməyəcəyini açıqlayıb. AB rəsmisi buna səbəb kimi vaxt azlığını göstərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər