Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda özünü saxlamağa çalışan separatçı qurumu bitirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr Ermənistan hökumətinin bu məqsədlə separatçı Samvel Babayandan istifadə etməyə çalışdığını iddia edir.
Məqalədə qeyd olunur ki, separatçıların İrəvanda fəaliyyət göstərən “dövlət aparatı”nı dağıdıb xarabalığı üzərində hökmranlıq etməyə çalışan Babayana rəqiblər peyda olub:
“Məlumat var ki, hakimiyyət Babayanın “artsaxın nümayəndəliyi” (İrəvanda) qarşısında təşkil etdiyi aksiyadan məyus olub, digər oyunçuları aktivləşdirmək qərarına gəlib. Mümkündür ki, proses Soros dairələri üçün məqbul sayılan “keçmiş xarici işlər naziri” Armen Qriqoryan tərəfindən götürüləcək”.
Nəşrin yazdığına görə, Ermənistan hökumətinin planı İrəvanda özünü saxlamağa çalışan separatçı strukturları qeyri-hökumət təşkilatlarına çevirməkdir.