26 Oktyabr 2023 12:38
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı və İrəvan arasında sülh müqaviləsi bir neçə ay ərzində imzalana bilər”.

Teleqraf.com verir ki, bu sözləri Tbilisidə “İpək yolu” beynəlxalq forumunda çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, hazırda sənəd üzərində fəal iş aparılır: "Azərbaycan və Ermənistan bir-birinin ərazilərini tanıyıb. Ermənistan öz rəsmi bəyanatında bunu bildirib. 1991-ci il Almaatı Bəyannaməsinə əsaslanaraq bunu deyirəm. O zaman hər iki ölkə öz ərazi bütövlüyünü və ərazilərin inzibati toxunulmazlığını tanıyıb və sənədə imza atıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər